» » “Arif Hacılının tərəfdarları qurultaya imkan verməz” -

“Arif Hacılının tərəfdarları qurultaya imkan verməz” - Tural Abbaslı

Bölmə: Siyasət
“Arif Hacılının tərəfdarları qurultaya imkan verməz” - “Mən indiki məqamda yenidən qurultay keçirilməsinin tərəfdarı deyiləm və bunun texniki və siyasi baxımdan mümkün olmadığını düşünürəm”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı Qubad İbadoğlunun növbədənkənar qurultayla bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, istənilən halda nizamnaməyə əsasən növbədənkənar qurultay barədə son qərarı partiyanın Məclisi verməlidir: “Nəzərə alsaq ki, Məclisdə Arif Hacılının tərəfdarları üstünlük təşkil edir və deməli bu məsələnin imkansızlığı bir daha ortaya çıxır. Odur ki, indiki məqamda partiyadaxili barışığı və demokratiyanı təmin etmək üçün fraksiyanın yaradılması daha faydalı ola bilər”.

Qeyd edək ki, dünən Müsavatdan narazılalıların İşçi Qrupunun növbəti iclası olub. İclasda partiya daxilində fraksiya yaradılması və növbədənkənar qurultayın çağırılması qərara alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler