» » AXCP üzvü həbs edildi

AXCP üzvü həbs edildi

Bölmə: Siyasət
AXCP üzvü həbs edildiAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs edilib.

Xalqinfo.az bildirir ki, bu barədə APA-ya AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

O qeyd edib ki, A. Yusifli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün Nərimanov Rayon Məhkəməsində A. Yusifli təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler