» » Müsavatdan sədrin istefasına -

Müsavatdan sədrin istefasına - REAKSİYA

Bölmə: Siyasət, BLOK XƏBƏR
Müsavatdan sədrin istefasına -Müsavat partiyasının Divan üzvü Nemət Kərimli partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyevin istefasına münasibət bildirib.

O, aznews.az-a açıqlamasında vurğulayıb ki, Rüfət Əliyev istefa verərkən partiya üzvlərini təhqir edib.

“Divanın son iclasında qərar var idi ki, Zəngilan rayon təşkilatının genişləndirilmiş şurası keçirilsin və onun fəaliyyəti müzakirə edilsin. Rüfət Əliyev də qabaqlayıcı addım atdı”, - deyə Nemət Kərimli əlavə edib.

Rüfət Əliyev partiyadan istefa verməsini partiyada yaranmış vəziyyətlə və Arif Hacılının verdiyi qərarlarla əlaqələndirib: “Hikmət Hacızadənin olmadığı yerdə mən necə qala bilərəm? Bezmişəm artıq. Müsavatı Arif Hacılıya qurban verdilər”. O, bu haqda APA-ya məlumat verib.

Qeyd edək ki, Müsavatın Bakı şəhər Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev də partiya daxilində yaranmış vəziyyətlə əlaqədar partiyadan istefa verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler