» » “Başqanlığa namizəd olacaqdım” -

“Başqanlığa namizəd olacaqdım” - İsa Qəmbərin qardaşı

Bölmə: Siyasət
“Başqanlığa namizəd olacaqdım” -“Əgər əlimlə yazdığım ərizəyə sizə çatdırıldığı 09.09.2014 tarixində cavab verilsəydi, partiyaya üzvülüyüm bərpa edilər və başqanlığa namizəd olardım”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər deyib.

O bildirib ki, Müsavat partiyasının bir neçə saatlıq qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqmış: “Qurultayda, həmçinin Qarabağ probleminin həllində mühüm təsiri olacaq Müsavat partiyasının daha xeyirli fəaliyyət göstərməsinə aid təkliflərimi qurultay nümayəndələrinə bildirmək istəyirdim və sonra namizədliyimi geri çəkərək, mənə inananların Qubad bəyə səs vermələrini istəyəcəkdim.

Müsavat partiyasının rəhbərliyi, 2011-ci ildə partiyanın yüzilliyi münasibətilə fəxri fərmanla təltif olunmağıma baxmayaraq, mənim 2009-cu ildə partiyadan çıxarıldığımı bildirdiniz. Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi”.

Qeyd edək ki, Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı APA-ya açıqlamasında Rövşən Qəmbərin 2009-cu ildə öz ərizəsi ilə Müsavatdan çıxdığını bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler