» » Bahar Muradovanın bu sözləri QHT-ləri qıcıqlandıracaq

Bahar Muradovanın bu sözləri QHT-ləri qıcıqlandıracaq

Bölmə: Siyasət
Bahar Muradovanın bu sözləri QHT-ləri qıcıqlandıracaq"QHT-lərə məhdudiyyətləri daha da ciddiləşdirmək lazımdır"
“Biz qeyri-hökumət təşkilatlarının müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edirik, eləcə də beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla şərait yaradırıq. Ancaq təəssüflər olsun ki, çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur”. trend-in məlumatına görə, bu barədə Milli Məclisin viste-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

B.Muradova qeyd edib ki, beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq.

Bu baxımdan, vitse-spiker hesab edir ki, qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığını aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətləri daha da ciddiləşdirmək lazımdır: “Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu isbat etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar”.

B.Muradova əlavə edib ki, inkişafda, tolerantlıqda olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də bir Azərbaycan modeli var: “Biz bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq. Bu, QHT əməkdaşlığının yeni aspektlərinin müəyyən edilməsi ilə baş tuta bilər”.

Vitse-spiker əlavə edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq təşkilatlarda 20-yə qədər tədbir keçirib: “Xaricdə yaşayan həm azərbaycanlı soydaşlarımız, həm də dünyada tanınmış aparıcı simalar QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant layihələri alıblar və artıq bizimlə birlikdə Azərbaycan həqiqətlərini yaymaq istiqamətində işlər görürlər. Ona görə də düşünməməliyik ki, QHT-lərə Dəstək Şurasına ayrılan 6 milyon manat çox vəsaitdir. Əgər vəzifələri göz önünə gətirsək, o zaman görərik ki, 6 milyon həmin vəzifələri yerinə yetirməyə imkan vermir. Bu baxımdan bu vəsaitin artırılmasına ehtiyac var”.

B.Muradova həmçinin qeyd edib ki, dini radikalizmin neqativ səylərinin artdığını nəzərə alsaq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu işlərə xüsusi diqqət yetirməsinə ciddi ehtiyac var. Buna görə də millət vəkili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də əlavə vəsaitlərin ayrılmasını məqsədəuyğun hesab edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler