“İctimai-siyasi təşkilatlarla dialoqa hazırıq”- Əli Həsənov![]() Quruma daxil olan bir qrup siyasi partiya rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər. Məsələ ilə əlaqədar müsavat.com-a açıqlamasında Əli Həsənov bildirib ki, "hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|