» » Mübariz Qurbanlı kilsəyə getdi

Mübariz Qurbanlı kilsəyə getdi

Bölmə: Siyasət
Mübariz Qurbanlı kilsəyə getdiNoyabr ayının 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa keçirilib.

Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, konfransdan sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsinə gedərək Çotari (Alban-Udi) kilsəsində olublar.

Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işləri aparılır.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler