» » Parlamentin yaz sessiyasının işlər planına daxil ediləcək qanun layihələri -

Parlamentin yaz sessiyasının işlər planına daxil ediləcək qanun layihələri - Siyahı

Bölmə: Siyasət
Parlamentin yaz sessiyasının işlər planına daxil ediləcək qanun layihələri - Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisdən Modern.az-a daxil olan məlumatına görə, “Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında” qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək. Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, hazırda “Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir.

“Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “ qanun layihələri Milli Məclisin “2017-ci il payız sessiyasının işlər planı”na daxil edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler