» » “Heç kimin Azərbaycana dərs keçməyə haqqı yoxdur” - Polşalı deputat

“Heç kimin Azərbaycana dərs keçməyə haqqı yoxdur” - Polşalı deputat

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Heç kimin Azərbaycana dərs keçməyə haqqı yoxdur” - Polşalı deputat
Beynəlxalq təşkilatlarda ölkələrə qarşı hücumlar siyasi təzyiq alətidir. Bu, sırf siyasi mənfəət oyunudur.

Xalqinfo.az xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Dominik Tarçinski söyləyib.

Polşalı parlamentari bildirib ki, onun ölkəsi də bəzən belə hücumlara məruz qalır: “Bu baxımdan Azərbaycanı çox yaxşı başa düşürük. Mən Azərbaycana qarşı hücumları və beynəlxalq təsisatların siyasi oyunlarını aydın görürəm. Heç kimin Azərbaycana dərs keçməyə, onunla belə davranmağa haqqı yoxdur”.

Dominik Tarçinski bildirib ki, bu gün demokratiya böyük dövlətlər üçün bir təzyiq vasitəsidir. Onlar üçün hər şey yaxşı gedəndə biz onların gözündə demokratik oluruq. Proseslər onların arzu etmədiyi məcraya yönəldikdə isə qəflətən diktatorluqda günahlandırılırıq. Böyük dövlətlər bizlərə suveren və azad olmaq şansı vermirlər. Bunun üçün onların ən uğurlu bəhanəsi demokratiya, bu bəhanədən istifadə etmək üçün ən uğurlu aləti isə beynəlxalq təşkilatlar, ictimai rəy formalaşdıran müxtəlif jurnalistlərdir. Hamıya aydındır ki, ölkələr arasında mədəni, siyasi və tarixi təcrübə fərqləri mövcuddur. Hər bir ölkə fərqlidir və öz problemləri var. Beynəlxalq təşkilatların, eləcə də AŞPA-nın münasibəti bəzən məndə belə bir fikir formalaşdırır ki, biz sanki kiçik uşaqlarıq və valideynlərimizin dediyini etməsək bizi cəzalandıracaq və bizə cibxərci verməyəcəklər. Ancaq nə beynəlxalq təşkilatlar, nə bu təşkilatlardakı böyük dövlətlər bizim valideynlərimizdir, nə də ölkələrimiz kiçik uşaqlardır. Biz tərəfdaşıq, tərəfdaşlıq isə bərabər hüquqlu əsasda olmalıdır.

OCCRP-nin Azərbaycanla bağlı iddialarına münasibət bildirən polşalı parlamentari bu iddiaların əsasının olmadığını deyib: “Mən ixtisasca hüquqşünasam. Əksi sübut olunana qədər ittiham edilən günahsız, ittiham edən isə böhtançı sayılır”.

Dominik Tarçinski bildirib: “Siyasətdə təzyiqin əsas iki güclü vasitəsi olub. korrupsiya və cinsi əlaqə şantajı. Bu vasitələr bu gün də dəyişməyib. Birinin sizə korrupsiyaçı deməyi ilə siz korrupsiyaçı olmursunuz. Təəssüf ki, bu ittihamlar bəziləri tərəfindən sübutsuz şəkildə irəli sürülür. Həmin iddiaları ortaya atan və sübuta yetirə bilməyən şəxslər isə cəzalandırılmır.

Demokratiya mükəmməl sistem deyil, lakin bu günə qədər yaradılmış ən yaxşı sistemdir. Demokratiyada hər zaman özünü satmağa hazır olan insanlar görmək mümkündür. Özünü satmağa hazır olan insanlar olduğu kimi, onları almaq istəyənlər də var. Ancaq bu, belə birinə görə bütün ölkəni günahlandırmağa əsas vermir.

Mən Polşa - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədriyəm. Bu, təsadüfən verilmiş bir qərardır. Dostluq qrupuna sədr təyin olunanda mənim Azərbaycanla bağlı təsəvvürlərim yox dərəcəsində idi. Coğrafi cəhətdən Azərbaycanın harada yerləşdiyini bilsəm də, siyasi və mənəvi olaraq “yəqin dünyanın o biri ucudur” deyirdim. Ancaq Azərbaycana səfər etdikdən sonra bütün fikirlərim dəyişdi.

Hər bir ölkənin inkişaf və dəyişiklik sürəti fərqlidir. Buna hörmət etmək lazımdır. Demokratiyanın mahiyyəti də məhz budur. Ölkəyə nəyi necə etməli olduğunu demək lazım deyil. Çünki bunu ən yaxşı o ölkəni idarə edənlər bilir. Başqalarının edəcəyi ən böyük yaxşılıq ölkəni idarə edənlərin ölkənin inkişafı üçün etdiklərinə yardım etməkdir.

Azərbaycan Avropa Şurasının üzvüdür və hər zaman buradadır. Bu, o deməkdir ki, Azərbaycan dialoqa, müzakirəyə açıqdır, konstruktiv tənqidi qəbul edir. Lakin bu tənqidlər konstruktiv olmalı, dövlətin milli ləyaqətini də qorumalıdır.

Bəzən burada avropalı deputatlara azərbaycanlılar tərəfindən guya rüşvət təklif olunması ilə bağlı böhtanlar da səslənir. Mən dostluq qrupunun sədriyəm, Azərbaycanla münasibətlərdə mühüm təsir gücüm var. Amma bu günə qədər nəinki belə təklif eşitməmişəm, hətta kiməsə edilməsinin şahidi də olmamışam.

Digər tərəfdən, əgər kiməsə rüşvət verildiyi iddia olunursa, burada ilk məzəmmət edilməli olan tərəf elə rüşvəti alanın özüdür. Məsələn, mənə belə bir təklif olunsaydı, mən dərhal prokurorluğa və ya məhkəməyə məlumat verərdim. Əgər kimsə rüşvəti alıb bunu etmirsə, deməli, əslində günahkar onun özüdür. Ona görə də OCCRP-nin və digər qurumların iddiaları mənə gülünc gəlir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler