» » “İran Ermənistanı xilas edib” –

“İran Ermənistanı xilas edib” – Vəfa Quluzadə

Bölmə: Siyasət
“İran Ermənistanı xilas edib” – “Hesab edirəm ki, qondarma erməni soyıqırımı ilə bağlı erməni diasporu ilə Serj Sarkisyan rejimi arasında yaranan narazılıq konkret məsələyə söykənir”.

“qafqazinfo” xəbər verir ki, bunu SİA-ya politoloq Vəfa Quluzadə deyib. Politoloqun sözlərinə görə, Ermənistanda Sarkisyan hakimiyyətinə qarşı ciddi etirazlar var: “Ermənilər Sarkisyanı rəsmi Moskvanın “marienetka”sı (oyuncaq kuklası) sayır. İşğalçı ölkə istəyir ki, onların rəhbəri erməni xalqının milli maraqlarını ifadə edən insan olsun. Hesab edirəm ki, həmin proseslər var və bu davam edir. Çox yaxşı olardı ki, bu öz nəticəsini göstərsin və Ermənistanda Moskvanı deyil, erməni xalqını təmsil edən lider olsun".

İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatlara da münasibət bildirən V. Quluzadə deyib ki, İran Ermənistanla qonşu dövlətdir və yaxşı əlaqələr var. İran Ermənistanı ən çətin məqamlarda xilas edib. Burada bizim üçün əsas məsələ sülhə nail olmaqdır. Məhz buna görə də Ermənistanla İranın əlaqələrinə bizim heç bir etirazımız yoxdur. Bizim istəyimiz ermənilərin acından ölməsi deyil. İstəyimiz odur ki, onlar öz ölkəsində milli hakimiyyət yaradıb, Azərbaycanla sülhə qədəm qoysunlar”.

Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler