Şahdağ Millli Parkındakı yanğın söndürülüb - YenilənibBölmə: Siyasət
Şahdağ Millli Parkında yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb. Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib. Hazırda yanğın lokallaşdırılmaq üzrədir. *** Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb. Yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|