» » Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Bölmə: Siyasət
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq
Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir. Xalqinfo.az-ın xəbərinə görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “İzvestiya” qəzetinə bildirib.

Mənbə qeyd edib ki, prezidentlər arasındakı növbəti görüş 2017-ci ilin sonlarına qədər baş tutacaq. Onun sözlərinə görə, danışıqların növbəti raundunun əsas təşkilatçısı Rusiya olacaq.

“Moskva bu məsələdə əsas vasitəçidir. Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və Yerevanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuz nəticələnib. Konkret olaraq Fransa Bakı və Yerevanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. ”- deyə mənbə söyləyib.

Bildirilib ki, dialoq vacibdir və bunun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler