» » Leyla Əliyeva Zəhradan yazdı - Foto

Leyla Əliyeva Zəhradan yazdı - Foto

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Leyla Əliyeva Zəhradan yazdı - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.

Xalqinfo” xəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.

Rus dilində yazılan şeiri L.Əliyeva “Zəhra haqda xatirə” adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib - “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.

Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.

Leyla Əliyeva Zəhradan yazdı - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler