İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladıAzərbaycan Respublikası Prezidenti Səyyaf İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Xalqinfo.az xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səyyaf Fətiş oğlu İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülüb: Abdullayev Toğrul Namiq oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Əlizadə Mirəli Hüseyn oğlu – Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi İbrahimova Lalə Azər qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Məhəmmədəlizadə Behnam Məhta Səid qızı – Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Məmmədov Atilla Yasin oğlu – Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Orucov Nihad Vüqar oğlu – Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Sədizadə Cəmil Əliağa oğlu – Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Talıblı Kamran Həsən oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Yusifzadə Cavid Azər oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi. 18:16 İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Bayramov Sabir Mehralı oğlu Vəlibəyov Abbas Soltan oğlu Yusifzadə İbrahim Yusif oğlu “Tərəqqi” medalı ilə Abbasov İlqar Tələt oğlu Abdullayev Ərşad Haqverdi oğlu Ağayev Tariyel Məmməd oğlu Alıyev Eyyub Hüseyn oğlu Alnağıyeva Nərminə Mövsüm qızı Atakişiyev Əli Yusif oğlu Bağırov Eyvaz Ağabağır oğlu Bağırov Mais Böyük Ağa oğlu Camayev Cəbrayıl Cəlil oğlu Əhmədov Məhərrəm Sayəddin oğlu Əliyev Eyvaz Xotkər oğlu Əliyev Ələddin Qurban oğlu Əliyev Firon Baxtiyar oğlu Əsgərov Firudin Nəriman oğlu Fərzəliyev Arif Aydın oğlu Heydərov Səyavuş Cəmil oğlu Həsənov Qabil Nəbi oğlu Həsənov Möhübbət Bərxudar oğlu Həsrətova Mariya Mürsəl qızı Hüseynov Rasim Vaqif oğlu İsrafilov İsrail Ağa oğlu Kərimov İldırım Şikar oğlu Kərimova Məleykə Məhəmməd qızı Qasımov Şahnəzər Seyidbaba oğlu Qədirov Nəsir Lələkişi oğlu Qurbanov İlqar İskəndər oğlu Qurbanov Şaiq Mücrəvan oğlu Məmmədov Qərib Fəzan oğlu Məmmədov Məhərrəm Əliquli oğlu Məmmədov Mətləb Tahar oğlu Məmmədov Natiq Nəsir oğlu Məmmədov Rafiq Əhməd oğlu Məmmədov Telman Hüseyn oğlu Məstanov Telman Qənimət oğlu Mikayılov Qadir Kazım oğlu Musayev İlqar Xosrov oğlu Nasırov Nizami Fasi oğlu Nəcəfov Dünyamalı Cəlil oğlu Rəsulov İlham İlyaz oğlu Rzayev Əli Hüseyn oğlu Səmədov Raqif Tanırverdi oğlu Surxayev Vadim Şərifoviç Tağıyev Cəfərqulu Mazan oğlu Vəliyeva Ramilə Xurşud qızı Zahirov Xanəhməd Sahib oğlu Zeynalov Ülvi Zöhrab oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abbasov Oktay Abbas oğlu Abbasov Sahib Sabir oğlu Abbasov Sənan Qarakişi oğlu Abdullayeva Dilbər Dayandur qızı Abışov Gündüz Fəxrəddin oğlu Abıyev Samid Hüseyn oğlu Abuşov Səfər Məhəmməd oğlu Ağabalayev Samir Rasim oğlu Ağayev Anar Səfaqət oğlu Ağayev Davud Nağı oğlu Aslanbəyova Nərmin Rafiq qızı Aslanov Şaiq Aslan oğlu Babayev Hacıbaba Adil oğlu Babayev Hüseyin Məhəmməd oğlu Baxışova Ulduz Baxşalı qızı Balaqardaşov Fədayi Qardaşbala oğlu Bayramov Cavid Fəzail oğlu Bayramov Rafiq Bayram oğlu Bayramova Xalidə Nuru qızı Bədəlov Kamran Oktay oğlu Bəhbudova Ülviyyə Xanlar qızı Cəlil-Xoca Nailə Səyyad qızı Dövlətov Vidadi Sənan oğlu Ellazova Lalə Rafiq qızı Eyvazova Gülnarə Əli qızı Əhmədov Adil Məmməd oğlu Əkbərov Afət İltifat oğlu Əkbərova Elmira Elman qızı Ələkbərov Hikmət Həsən oğlu Ələkbərova Mədinə Fazil qızı Əliyev Elçin Nəriman oğlu Əliyev Fayiq Çərkəz oğlu Əliyev Hicran Əmir oğlu Əliyev İlqar Kamal oğlu Əliyev Mahir Yusif oğlu Əliyev Natiq Həsən oğlu Əliyev Rəşid Yusif oğlu Əliyeva Qumru Yəhya qızı Əliyeva Səidə Mirvaqif qızı Əliyeva Turqayə Yadigar qızı Əliyeva Zenfira Ağahüseyn qızı Əmiraslanov Fikrət Calal oğlu Əsədov Dünyamin Əmiraslan oğlu Əsədova Aygün Vaqif qızı Əsgərova Qumru Xanbaba qızı Əşrəfov Arif Əşrəf oğlu Əzizov Əlövsət İsa oğlu Əzizova Zərifə Müseyib qızı Hacıyev Rəşad Zülfəli oğlu Hacıyeva Ülviyyə Teymur qızı Haxıyev Üfüq Gülağa oğlu Haqverdiyev Yusuf Əkbər oğlu Həsənov Fəzail Cəfər oğlu Həsənov İsa Tahar oğlu Həsənov Təbriz Oruc oğlu Həsənova Xuraman Səfər qızı Həşimov İbad Balarza oğlu Hümbətov Mirzağa Adil oğlu Hüseynov Emin Azər oğlu Hüseynov Səxavət Şamil oğlu Xasayeva Ülviyyə Qələndər qızı Xıdırov Akif Xasay oğlu Xoçberov Aydın Məhəmmədoviç İbişov Şücaət Zabi oğlu İbrahimli Məhərrəm Muştuluq oğlu İbrahimov Arif Valeh oğlu İbrahimova Kəmalə Xanlar qızı İbrahimova Qızılgül Məhərrəm qızı İbramxəlilov David Nurəddin oğlu İmanov Əbülfət Rəşid oğlu İsayev İlqar Veysəl oğlu İsayev Vüsal İbrahim oğlu İsayeva Məhbubə Bəkir qızı İsgəndərov Elşad Eyvaz oğlu İsmayılov Ramiz Əziz oğlu İsmayılov Zülfəli Üzeyir oğlu Kərimov Etibar Süleyman oğlu Kərimov Gülgün Kərim oğlu Kərimova Aysel Nəbi qızı Qasımova Nigar Vaqif qızı Qasımzadə Elman Qabil oğlu Qayıbov Adil Vəli oğlu Qəhrəmanova Nazilə Qəşəm qızı Qənbərli Şəfa Fikrət qızı Qəniyev Mahir Zakir oğlu Qəni-zadə Ramiz Tofiqi oğlu Qubatov Fərhad Barat oğlu Quliyev Məhəmməd Qulu oğlu Qurbanov Kazım Əvdil oğlu Qurbanov Rövşən Qiyas oğlu Mahmudov Rüstəm Bəhruz oğlu Mahmudova Lalə Əmirəli qızı Mahmudova Şəhla Əvəz qızı Mehdiyev Vaqif Mehdi oğlu Məlikov Habil Ağaxan oğlu Məlikov Mahir Emin oğlu Məmmədəlizadə Vüqar Həsrət oğlu Məmmədov Çingiz Yavər oğlu Məmmədov Elgün Vaqif oğlu Məmmədov Elman Həmid oğlu Məmmədov Nahid Qədir oğlu Məmmədov Namiq İsfəndiyar oğlu Məmmədov Rifat Nadir oğlu Məmmədov Şamil Məmməd oğlu Məmmədova Şəhla Əvəzrəhim qızı Mikayılov İqbal Şahbaba oğlu Mirzəliyev Əfsar Xasay oğlu Mirzəyev Gündüz Suvarağa oğlu Mirzəyev Rasim Təzəxan oğlu Mirzəyev Tofiq Ocaqqulu oğlu Mirzəyeva Şövqalə Bahadır qızı Muğanlinskaya Səbinə Oktay qızı Muradov Elxan Xanlar oğlu Musayev Cavad Davud oğlu Musayeva Ellada Valeh qızı Mustafayev Elman Əkbər oğlu Mustafayeva Gülarə Binnət qızı Nağıyev Rüstəm Vaqif oğlu Nağıyeva Aidə Nazim qızı Nəbizadə Məzahir Zahid oğlu Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Novruzov Vüqar Vahid oğlu Osmanov Ramil Məhəmməd oğlu Rəhimov Taib İzətulla oğlu Rəhimova Günel Musa qızı Rəhimova Sevinc Mübariz qızı Rzayev Fizuli Hümbət oğlu Sarıyeva Fərqanə Əli qızı Səlimov Oleq Ənvər oğlu Sultanov Nadir Rafiq oğlu Süleymanov İlqar Sərdar oğlu Süleymanova Şəhla Ənvər qızı Şahbazov Pöhran Əlifağa oğlu Şahsuvarova Günel Ağa İsmayıl qızı Şəfizadə İlkin Fəxrəddin oğlu Talıblı Ramin Ramiz oğlu Teymurov Vüqar Kamalan oğlu Vəlibəyov Nazir Məhyəddin oğlu Vəliyev Nəsrulla Əhməd oğlu Yusibov Musa Əli oğlu Yusifov Cavanşir Əmiralı oğlu Yusifov Elşad Lətif oğlu *** İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Müəyyən edilsin ki: 3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.13-cü maddəsinin birinci cümləsində, 29.7-ci və 29-1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 3.2. həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 29.3-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur; 3.3. həmin Qanunun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı və 29.7-ci maddələrində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir; 3.4. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum: 3.4.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları; 3.4.2. məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apellyasiya Şurası; 3.4.3. bu Fərmanın 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində nəzərdə tutulan dövlət orqanları istisna olmaqla, Apellyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasıdır", - fərmanda qeyd edilir. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|