"Ulu öndər ideyaları dünya ölkələrini münaqişələrdən xilas edə bilər" - Tural Məmmədov![]() "1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanın Ali Sovetinin sədri seçilməsi bu vəziyyəti dəyişmiş oldu və Azərbaycanda bu dönüş “Milli Qurtuluş Günü” kimi tarixə düşdü". Bu fikirləri Xalqinfo.az-a Azərbaycan Respublikasının tanınmış gənci Tural Məmmədov 15 iyun - "Milli Qurtuluş Günü" münasibəti ilə bağlı fikirlərini şərh edərkən deyib. T.Məmmədov bildirib ki, bu gün Azərbaycanda əlamətdar günlərdən biridir. Bildiyimiz kimi Azərbaycan xalqı "Milli Qurtuluş Günü"nü qeyd edir. Bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdi: "1992-ci ildə hakimiyyətdə olan qüvvələr hakimiyyəti idarə edə bilmədiyindən separatizm hökm sürməyə başaladı və xalq çox çətin vəziyyətə düşdü. Bu duruma dözə bilməyən Azərbaycan xalqına bir lider, rəhbər lazım idi. O vaxtı da ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərirdi. 1992-ci ildə separatizm, siyasi özbaşınalıq, Azərbaycanda sabitliyin olmaması böyük bir gərginlik, çaxnaşma yaratmışdı. Belə bir vəziyyətdə 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanın Ali Sovetinin sədri seçilməsi bu yaranmış biyabrçılığı, dözülməz durumu dəyişmiş oldu və Azərbaycanda bu dönüş “Milli Qurtuluş Günü” kimi tarixə düşdü. Demək olar ki, xalq bundan öncəki, 1991-92-ci illərdə olan separatizmdən, bəlalardan qurtuldu". Tural Məmmədov onu da bildirib ki, Heydər Əliyev şəxsiyyəti və onun Azərbaycanın Ali Sovetindəki rəhbərliyində sonrakı fəaliyyəti - Azərbaycanın çiçəklənməsinə və getdikcə dövlət strukturlarının formalaşmağına, Azərbaycan xalqının güzaranının müsbətə doğru dəyişməsinə, sabitliyin bərpa olunmasına, özbaşınalıqların, qruplaşmaların, siyasi separatizmin aradan qaldırılmasına gətirib çıxardı: "Ulu öndərimizin Azərbaycan tarixində böyük əvəzsiz xidmətləri olmuşdur. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanı günü-gündən inkişaf etdirməkdədir. Bu siyasəti uğurla həyata keçirdən cənab prezidentimiz İlham Əliyev Azərbaycanın bu günkü və gələcək inkişafının təminatçısıdır. Getdikcə dünya ölkələri arasında nüfuzumuz daha da artır, inkişaf ediririk". T.Məmmədovun sözlərinə görə, "Milli Qurtuluş Günü" Azərbaycan tarixində ən dəyərli günlərdən biridir: "Hesab edirəm ki, bu gün dünyada baş verən proseslər bir daha göstərir ki, bu dünyaya böyük siyasətçilər lazımdır. Xüsulilə də müsəlmanlara olan reaksiya, təsir sübut edir ki, dünyada bərabər və ədalətli siyasət hökm sürmür. Biz prezidentin ətrafında sıx birləşmişik və bu birlik daha da möhkəmlənəcək. Bütün dünya ölkələri Heydər Əliyev ideyalarından, siyasətindən nümunə götürməlidir. Əminəm ki, bu ölkələr ulu öndər siyasətindən istifadə etsə, bu dünyada bu qədər münaqişə, terarizm, ədalətsizlik baş alıb getməz. Bu gün həqiqətəndə xalqımız ulu öndərimizin bu xidmətini yüksək qiymətləndirir və Allah dahi şəxsiyyətə rəhmət etsin ki, belə bir dövləti, bu cür sabit ölkəmizi bizə əmanət verib getdi. Məndə bir gənc olaraq fəxr edirəm ki, belə müstəqil, demokrat və firavan ölkədə yaşayıram. Bir daha bütün xalqımı "Milli Qurtuluş Günü" münasibətilə təbrik edirəm və bu müstəqilliyimiz, uğurumuz davamlı olsun. Əminəm ki, davamlı olacaq. Çünki cənab prezidentin yürütdüyü siyasət Azərbaycan xalqının maraqlarını təmin edir və məndə bir gənc olaraq bu siyasəti son nəfəsimə qədər təbliğ edəcəyəm və belə bir siyasi idealogiyanın təbliğatçısı olduğum üçün də qürur duyuram". www.xalqinfo.az Şəfa Rasimqızı |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|