» » Yaz sessiyası nələrlə yadda qaldı... -

Yaz sessiyası nələrlə yadda qaldı... - Parlament jurnalistlərindən maraqlı cavablar

Bölmə: Siyasət
Yaz sessiyası nələrlə yadda qaldı... -
2017-ci ilin yaz sessiyasında Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklər edildi.

Yaz sessiyasında qəbul olunmuş ən vacib qanun layihələri hansılar oldu? Sessiya hansı müzakirələrlə yadda qaldı?

Xalqinfo.az parlament jurnalistininin bununla bağlı fikrlərini təqdim edir:

“Report İnformasiya Agentliyi”nin parlament müxbiri İlkin Pirəli deyib ki, Milli Məclisin 2017-ci il yaz sessiyasında bir sıra layihələr qəbul olunub, bəzi qanunlara əlavə və dəyişikliklər edilib.

“Bunlardan ən mühümü “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununa dəyişiklikdir. Dəyişikliyə əsasən, gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.

Xeyli imkansız şəxs var ki, müalicə üçün ölkə xaricinə gedə bilmir. Gözün buynuz qişası Azərbaycana gətirələcək, xəstələr elə burada müalicə olunacaq. Əsas odur, qanuna dəyişiklik edilib, sadəcə, prakrik tətbiqi qalıb”.

O, bildirib ki, yaz sessiyasında hazırlanan digər mühüm qanun layihəsi isə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (III oxunuş) qanun layihəsidir.

“Qanun layihəsində bəzi qadağalar nəzərdə tutulub, düşünürəm ki, bu da cəmiyyət üçün faydalıdır. Lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanununda dəyişikliklər edilib. Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir. Dövlət rüsumu da 500 manatdır. Bu dəyişiklik bazarın canlanmasına xidmət edəcək. Valyutadəyişmə məntəqələrinin qapadılması etiraz səbəb olmuşdu, bu həm də xeyli insanın işsiz qalması demək idi”.

İlkin Pirəli deyib ki, yaz sessiyasında mübahisə doğuran, müzakirələrə səbəb olan qanun layihələri də qəbul olunub.
“Bunlar "Əmək pensiyaları haqqında" qanununa əlavə və dəyişiklikləri (yaş həddinin artırılması), Cinayət Məcəlləsinin 124 maddəsi üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihələrdir. Ümumilikdə, yaz sessiyasını qənaətbəxş hesab etmək olar”.

“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan Milli Məclisin yaz sessiyasının məhsuldar keçdiyini bildirib.

“Sessiya müddətində bir sıra önəmli qanunlar, qanunlara əlavə və düəlişlər qəbul edildi. Bunların arasında mənim üçün daha önəmlisi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsidir. Yaz sessiyasında bu layihə birinci və ikinci oxunuşda qəbul edildi və ümid edirəm ki, növbədənkənar sessiyada üçüncü oxunuşdan da keçəcək. Milli Məclisin sədri Oqtay Əsədova bir vətəndaş kimi belə bir qanunun ərsəyə gəlməsinə dəstək olduğu üçün təşəkkürümü çatdırıram”.

A.Aslan hesab edir ki, bu qanun insanların siqaret çəkmək kimi zərəli vərdişdən uzaqlaşmasına gərtirib çıxarda bilər.

“Bununla belə, qanun layihəsi barədə təkliflərim var. Bu təklifləri komitə sədri Hadi Rəcəbliyə və Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevə də bildirmişdim. Təklif etmişdim ki, tütündən istifadəyə qadağa qoyulan yerlər arasında insanların daha sıx hərəkət etdiyi açıq məkanlar da qeyd olunsun. Hamımız şahidik ki, bir çox vətəndaşlar insanların sıx hərəkət etdiyi küçələrdə siqaret yandırıb, çəkir və onun tüstüsü böyüklü-kiçikli hər kəsə mənfi təsir edir. Hətta əllərində tutduğu siqaretlər bəzən yanından keçənlərin paltarlarına da toxunub yandırır, iz qoyur. Hər gün metrodan çıxan kimi siqaret yandırıb ardınca gələnlərin tüstüylə zəhərləyib gedən nə qədər mədəniyyətsiz görürük. Həkimlər də qeyd edirlər ki, siqaret tüstüsü çox zərərlidir. Məncə ictimai yerlərdə siqaret çəkənlərin qarşısı alınmalıdır. Camaatın sıx gəzdiyi küçə və parklarda da siqaret çəkmək üçün xüsusi yerlər ayrıla bilər. Eləcə də şəhərarası avtobus dayanacaqlarında da tütündəın istifadə edənlər cəzalandırılmalıdır. Çünki dayanacaqlarda da tütündən istifadə edənlər çoxdur. Qanun layihəsində avtovağzallarda və avtobusların dayanacaq məntəqələrində bu qadağanın tətbiq olunacağı təsbit olunub. Burda söhbət avtovağzallardakı avtobus dayanacaqlarından söhbət gedir. Ona görə də təklif edirəm ki, marşrut dayanacaqlarında da bu qadağa tətbiq olunsun”.

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy deyib ki, Milli Məclisin yaz sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi, qanunvericiliyin sərtləşdirilməsi, böhtan və təhqirə görə sərt cəzaların müəyyənləşdirilməsindən tutmuş, terrorizmə qarşı sərt mübarizə tədbirlərinə qədər bir sıra sənədlər xüsusilə qeyd olunmalıdır.

O hesab edir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin nəhayət, plenar iclasların ilk iki oxunuşundan keçməsi və üçüncü oxunuşda komitə müzakirəsinə çıxarılması mühüm addım oldu.

“Çünki sağlamlığımızı ciddi şəkildə təhdid edən tütün məhsullarının məhdudlaşdırılması olduqca zəruri məsələlərdəndir. Qanunun qəbulundan sonra onun icrasına ictimai nəzarətin olması da olduqca önəmlidir. Qəbuluna ehtiyac duyduğum qanunlara gəldikdə, məncə, 11 ildir qəbulu gözlənilən Rəqabət Məcəlləsinə ciddi ehtiyac var. Məcəllənin qəbulu ölkədə iqtisadi inkişaf, sağlam rəqabət mühitinin formalaşması baxımından çox önəmlidir”.

“Yeni Azərbaycan” qəzetinin parlamentdəki müxbiri Nardar Bayramlı Milli Məclisin yaz sessiyalarının maraqlı keçdiyini deyib.

“Çünki Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının, bələdəyyələrə inzibati nəzarəti həyata keçiren orqanların illik hesabatları təqdim olunur. Həmin hesabatlar maraqlı müzakirələr şəraitində keçir, millət vəkilləri müxtəlif məsələlər haqqında da, xüsusilə sosial-iqtisadi məslələrlə baglı problemləri bildirir, eləcə də bu problemlərin həlli ucun təkliflər verirlər. Budəfəki yaz sessiyası da belə oldu. Bununla yanaşı, yaz sessiyasında yeni qanun layihləri müzakirəyə çıxarıldı, bəziləri 3-cü oxunuşda da qəbu olundu.

“Məktəbəqədər təhsil haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunlar qəbul edildi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri isə üçüncü oxunuşa təqdim edildi. Bütövlükdə, yaz sessiyasında Miili Məclis məhsuldar işlədi".

“Üç nöqtə qəzeti”nin parlament müxbiri Elməddin Muradlı deyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın qoyulması məsələsi coxdan gozlənilən idi.
“ Düşünürəm bu sessiya ərzində tam olaraq həmin qanunu qəbul etmək olar. Çox məsələlər də açıq qalıb, bunları da tamamlamaq lazimdir. Siqaretlə bağlı məhdudiyyət mütləq lazımdır. Daha sonra tibbi sığorta məsələsini çox gözlədik. Amma yenə də müzakirəyə çıxarılmadı. Hesab edirəm ki, əhalinin sağlamlığı baxımdan bu qanun cox vacibdir”.(Modern.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler