"Məqsədimiz Türkiyə, Azərbaycan və İran prezidentlərinin zirvə görüşünü hazırlamaqdır”" SəfirBölmə: Siyasət
“Azərbaycan, Türkiyə və İran üç qardaş ölkədir. Bu üç ölkənin bir çox müştərək tərəfləri və onları bir-birinə bağlayan tellər var”. Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin APA-nın Tehran müxbirinə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan, Türkiyə və İran hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə çox geniş əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik. İkitərəfli əməkdaşlıqları üçtərəfli formatda inkişaf etdirmək niyyətindəyik. Bu sahədə müəyyən görüşlər də keçirilib. Ötən il İranın Ramsər şəhərində üç ölkənin xarici işlər nazirlərinin toplantısı oldu”. Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial mövcuddur: “İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin zirvə görüşünü hazırlamaqdır. İranda yaxın günlərdə prezident seçkiləri keçiriləcək. Seçkilərdən sonra zirvə toplantısı ilə bağlı məsələlər daha ciddi şəkildə müzakirə ediləcək. Hazırda görüşün tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|