» » Naməlum yerdən pul axınının kəsilməsi... - bunları çıxılmaz duruma salıb

Naməlum yerdən pul axınının kəsilməsi... - bunları çıxılmaz duruma salıb

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
Naməlum yerdən pul axınının kəsilməsi... - bunları çıxılmaz duruma salıb
Azərbaycanın dövlət strukturlarına, dövlət orqanlarına şər atmaq, Azərbaycan polisinin guya insanlara işgəncə verməsi ilə bağlı uydurduqları bu fikirlər əslində bunların “Şər-böhtan” kompaniyasının bir hissəsidir:

Bunu Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Məmmədov, son dövrlərdə bəzi qara qüvvələrin uydurmaları ilə bağlı fikirlərini bölüşərkən vurğulayıb.

Tarixçi qeyd edib ki, artıq bu qara düşmən qüvvələrin müxalifətə, bu qrupa ayırdıqları pullar kəsildikdən sonra başladılar Azərbaycandan vətənə xəyanət edərək Azərbaycanın ağılsız, dini zəhərlənmiş bir neçə gənci xaricə göndərməklə, qaçqın statusu ilə oturum almaqla ki, guya bunları Azərbaycanda incidirlər və onlar burada yaşaya bilmirlər. Artıq bu cür biznesə keçiblər. Hesab edirəm ki, bu danılmaz bir faktdır və sosial şəbəkələrdə də bu məsələlər yayılır və bizim xalqımıza bəllidir. Bu Azərbaycan müxaifəti, başda Əli Kərimli olmaqla görün nə qədər bədbəxt insanlardır ki, hələ bunlar özləri-özlərini tanıya bilməyib. Öz əqidədaşlarını satan, özlərinin əqidəsini düzgün seçə bilməyən insanlar bu gün Azərbaycan xalqının adından danışırlar və düşünmürlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır.

Əli Kərimli özü neçə illərdir ki, partiyadan qopa bilmir, insanları ləkələməyə çalışır. Onun yanındakılar elə Əli Kərimli əqidəsində olan adamlardır. Ola bilsin ki onların yanında savadlı insanlar var, lakin onların əqidələri korlanıb artıq. Özlərini müxalifət adlandıran bu insanlar zəifləməyə doğru gedirlər. Bunun da bir səbəbi, onların düzgün yolda olmaması və xaricdən, qara qüvvələrdən, naməlum yerdən pul gələn yerlərinin kəsilməsi, dövlətin buna nəzarət etməsi və s. bunları çıxılmaz vəziyyətə salıb. Çünki bu xaricdən gələn pullar Azərbaycanda sabitliyin pozulmasına, Azərbaycanda inkişafın qarşısının alınmasına yönələn bir prosesdir. Belə xarici qüvvələr Azərbaycanı istəyə bilməz və onun inkişafını heç bir zaman da dəstəkləməz."


T. Məmmədov vurğulayıb ki, bu gün cənab prezidentin siyasəti və beynəlxalq siyasətdə, beynəlxalq aləmdə olan nüfuzu sübut edir ki, Azərbaycan xalqı öz seçimini çox yüksək səviyyədə edib və ulu öndər Heydər Əliyev ideyaları Azərbaycan xalqına zəmanətdir:

"Azərbaycan xalqı tarixi qədim, hər bir məsələyə açıq gözlə baxa bilən bir xalqdır. Məhz buna görə, Azərbaycan xalqına kənardan ağıl verməyə ehtiyac yoxdur. Bu gün cənab prezidentin siyasəti və xalqına ola xidməti nəinki daxili qüvvələrinə, ümumilikdə dünyanın bir neçə prezidentinə də nümunə ola bilər ki, əsil rəhbər xalqına İlham Əliyev kimi xidmət etməlidir. Və mənim də bu sözlərimin dərinliyini kim anlamaq istəyirsə, Azərbaycana gözü ilə baxsa mənim bir gənc olaraq nə dediyimi dərk edə bilərlər. Bu məsələni mən hər bir yerdə də edirəm. Bu Azərbaycan gəncliyinin ədalətli mövqeyinin bariz təzahürüdür. Və biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq."


Şəfa Rasimqızı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler