Donald Tramp Bəşər Əsədə “heyvan” dediABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. Xalqinfo.az APA-ya istinadən verdiyi xəbərə görə, Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı. “Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib. ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb. “Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib. Leyla Həsənova |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|