» » Lukaşenkodan Qarabağla bağlı yeni təklif

Lukaşenkodan Qarabağla bağlı yeni təklif

Bölmə: Siyasət
Lukaşenkodan Qarabağla bağlı yeni təklif
İnsanlar öləndə, yoxsulluq içində yaşayanda siyasətdə bu kartdan istifadə etmək olmaz. Dünyadakı bütün münaqişəli məsələlər üzrə sarsılmaz mövqeyimiz belədir.

İstər Ukrayna olsun, istər Dağlıq Qarabağ, istərsə də Dnestryanı.

Report xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki diplomatik fəaliyyətini başa vuran Ermənistanın səfiri Armen Xaçatryan ilə görüşündə deyib.

Belarus prezidenti vasitəçilərə nifrət etdiyini açıq şəkildə bildirib: "Çünki prezident olduğum müddətdə onlar Belarus ətrafında da fırlanırlar - gah sülhməramlılar, gah vasitəçilər kimi, gah Avropa İttifaqı, gah da başqa təşkilatla. Axı biz onlar olmadan da Avropa İttifaqı, digər dövlətlər və s. ilə yaxşı yola gedirik".

"Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan danışıqlar masasına əyləşməli və problemi həll etməlidir. Onlar kimisə zəmanətçi kimi görmək istəsələr, özləri buna qərar verməlidirlər. Bu gün məsələni məhz bu yolla həll etmək imkanı var" - A.Lukaşenko bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler