» » Şimali Koreya yenə dinc durmadı:

Şimali Koreya yenə dinc durmadı: Növbəti raket sınağı

Bölmə: Siyasət, Dünya
Şimali Koreya yenə dinc durmadı:
Şimali Koreya balistik raketlər üçün nəzərdə tutulan yeni mühərrikin uğurlu sınağını keçirib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Koreya Dövlət Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sınaq Şimali Koreyanın şimal-qərbindəki Soxe kosmodromundakı start meydanında aparılıb. Sınağı ölkə lideri Kim Çen In şəxsən izləyib.

Hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bu barədə məlumatı və fotonu özünün birinci səhifəsində yerləşdirib.

Qeyd edək ki, ötən ilin aprelində Şimali Koreya həmin start meydanında qitələrarası ballistik raketlər, sentyabrda isə uzaq məsafəli raketlər üçün mühərriklərin sınağını keçirmişdi.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler