Millət vəkili danışdı - Bir illik sükutdan sonraBölmə: Siyasət
Millət vəkili uzun müddətdən bəri davam edən susqunluğunu Milli Məclisin bu gün keçirilən plenar iclasında pozub. “Xalqinfo” xəbər verir ki, söhbət Şəmkirdən olan millət vəkili Sona Əliyevadan gedir. Xatırladaq ki, parlamentin ötən ilin yaz sessiyasında çıxışı zamanı adıçəkilən deputatla o zaman üzvü olduğu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıxanlı arasında naraqzılıq yaranmışdı. Daha doğrusu, komitə sədri millət vəkilinin çıxışına sərt təpki göstərmiş və bu da nəticə etibarı ilə S. Əliyevanın sonradan ərizə yazaraq həmin komitədən getməsi ilə nəticələnmişdi. Eyni zamanda, həmin çıxışından sonra millət vəkili parlamentdəki, mətbuatdakı və "Facebook"dakı çıxışlarına ara vermişdi. Ancaq bu gün parlamentdə müzakirəyə çıxarılan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşu zamanı millət vəkili susqunluğuna son qoyub və sözügedən sənədlə bağlı öz fikirlərini bildirib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|