» » Almaniyanın XİN rəhbəri Türkiyəyə gedir

Almaniyanın XİN rəhbəri Türkiyəyə gedir

Bölmə: Siyasət
Almaniyanın XİN rəhbəri Türkiyəyə gedir
Türkiyə ilə Almaniya arasında bir neçə gündür davam edən siyasi qalmaqala bu gün XİN rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə son qoyulub.

Xalqinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Almaniyada səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Siqmar Qabriellə görüşüb.

M. Çavuşoğlunun sözlərinə görə, Siqmar Qabriel yaxın zamanlarda Türkiyəyə gələcək: “Aramızdakı əlaqələr hər kəsdən yaxşı olmalıdır. Münasibətlərin pis olmasının heç kimə faydası yoxdur. Dostum Qabriellə ən qısa zamanda yenidən görüşəcəyik, onu Türkiyəyə dəvət etmişəm və dəvətimi qəbul edib”.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler