“Biz bunu unuda bilmərik ” - Əli Həsənov![]() Bu gün Hilton otelində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin mərhələləri” adlı kitablarının təqdimat mərasimi keçirilir. “Xalqinfo” xəbər verir ki, mərasimdə çıxış edən hər iki kitabın elmi redaktoru Elçin Əhmədov deyib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımı, etnik təmizləmə siyasəti aparıb. O, bildirib ki, bununla bağlı ciddi faktlar mövcuddur. E.Əhmədov kitablar haqqında məlumat verərək deyib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı 8 dildə nəşr edilib, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir: ““Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır: “Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələlərə məruz qalması mənbələrə əsasən təhlil edilir”. *** Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, həm də türklərə qarşı olub: “Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-basdır etmək istəyir. Bunu utanmazcasına edirlər. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”. *** Son olaraq təqdimatı keçirilən kitabların müəllifi Əli Həsənov çıxış edərək bildirib ki, 31 səhifəlik məqalədə demək istədiklərimiz sənədli şəkildə təqdim edilib: “Kitabda qətnamələr, xəritələr, köçürmələr sənədlər şəklində verilib. Azərbaycan ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların tərkibində olub. Kitabda həmçinin bu dövrə aid məsələlər, xəritələr öz əksini tapıb. Xəritələr dəqiqliklə ingilis dilinə tərcümə olunub. Qeyd etmək istəyirəm ki, bu kitab düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı bu cinayətkar rejimdən az çəkməyib. Bu kitabda sülh çağırışı var. Bütün bunlar ona görədir ki, ermənilər bir daha belə soyqırım törətməsinlər. Biz Xocalı soyqırımını unuda bilmərik. Bu soyqırım xalqımızın yaddaşında əbədi əks olunub və yaddaşlardan silinməyəcək”. Xalqinfo.az ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|