» » "Xalqın məmurlara uzanan əli daha tez çatacaq" Tural Məmmədov

"Xalqın məmurlara uzanan əli daha tez çatacaq" Tural Məmmədov

Bölmə: Siyasət, SÖHBƏT, MANŞET
"Xalqın məmurlara uzanan əli daha tez çatacaq" Tural Məmmədov
Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Məmmədov, ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın 1-ci vitse prezidenti təyin edilməsi ilə bağlı fikirlərini bölüşüb.

"Qeyd etmək lazımdır ki, Azərbaycan müasir tarixində mühüm hadisələr baş verir. O hadisələr ki, Azərbaycan xalqına, inkişafına, dövlətçiliyimizin inkişafına cəmiyətimizdə hökm sürən sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Belə hadisədən biri də bu gün ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin verdiyi sərəncam oldu.

O sərəncəmda hörmətli Mehriban xanım Heydər Əliyev fondunun prezidenti, Azərbaycan xalqının sevimlisi, dünya qadınlarına nümunə olacaq xanım bu gün vitse-prezident təyin olundu. Azərbaycan cəmiyyətində bu çox mühüm bir hadisə kimi qarşılandı.

Dövlətçiliyimiz və siyasi tariximizdə çox mühüm bir addımdır. Bütün bu proseslər ulu öndər Heyder Əliyev ideyalarının bir bəhrəsidir. Həmişə Cənab Prezident Azərbaycan gənclərinin, Azərbaycan qadınlarının ümid yeri olub.

Azərbaycan xalqını bu hadisə çox sevindirdi. Mehriban Əliyeva dünya xanımlarına bir nümunədir. Azərbaycan xalqı Mehriban xanımın xidmətlərini yüksək qiymətləndirir, həmişə Azərbaycan xalqının yaddaşında qalacaq.

Mehriban xanımın mədəniyəti, onun böyük ana, kimə bacı, ümumilikdə Azərbaycan adına ləyaqət və şərəf gətirən bir Azərbaycan xanım olması ilə bir gənc olaraq həmişə fəxr etmişəm.

Mən özlüyümdə ulu öndərin ideyalarını neçə illərdir təbliğ edirəm və həmişə fəxr etmişəm ki, bu ailənin tərkibində bu yolu uğurla davam edən şərəfli bir Azərbaycan xanımı Mehriban Əliyeva vardır.

Cənab prezidentin bu günkü sərəncamı ilə Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi Azərbaycana nə verəcək? Fikirlərimi bölüşmək istəyirəm.

Birinci olaraq Azərbaycanda xalqın məmurlara uzanan qısa əli daha tez çatacaq. Bəzi məmurlar var ki, cənab prezidentin etimadını doğrultmur. Elə məmurlar var ki, ulu öndərin ideyalarının altında gizlənib, saxta işlərlə məşğul olurlar. Bunların hamısının üzə çıxmasında bu sərəncam böyük rol oynayacaq. Bundan əlavə cənab prezidentin apardığı iqtisadi, sosial, siyasi islahatlar daha da təkmilləşdiriləcək, sürətlənəcək. Mehriban Əliyeva 1-ci vitse-prezident seçilməsi Azərbaycanı beynəlxalq aləmdə olan nüfuzunu daha da inkişaf etdirəcək. Azərbaycanın mədəniyyəti, qədim tarixi, müasir tarixi, orta əsrlər tarixi, Azərbaycanın adət-ənənələri, qadınların hər tərəfli inkişafına təkan verəcək.

Bir daha öz adımdan, bir gənc olaraq hörmətli Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Yeni işlərində uğurlar arzu edirəm. Mehriban Əliyeva əvvəldən Heydər Əliyev fondunun prezidenti kimi, ictimai-siyasi fəaliyyəti ilə xalqın sevgisini qazanıb. Bununla da 1-ci vitse-prezident kimi postunda cənab prezidentin gördüyü işlərinə daha da təkan verəcək.

Mən fəxr edirəm ki, bizim dövlətimizdə belə şəxslər Azərbaycanın inkişafında mühüm rol oynayırlar.

Yaşasın müstəqil Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı, yaşasın ulu öndər ideologiyaları, yaşasın bizim müstəqilliyimiz, dövlətimiz!"



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler