"Elə etməsinlər ki, onların Azərbaycana girişinin qarşısını alaq" Tural Məmmədov![]() Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Brüsseldə Avropa Parlamentinin sədri Antonio Tajani ilə görüşməkdən imtina etməsinin səbəbi mətbuatda gedən məlumatlara görə, bu qurumun Azərbaycana qarşı bir qayda olaraq qeyri-obyektiv mövqe tutması ilə bağlıdır. Bu məsələ ilə bağlı Azərbaycanın tanınmış ictimai-siyasi gənci Tural Məmmədov Xalqinfo.az-a açıqlama verib. Qeyd etmək lazımdır ki, Azərbaycan gəncliyi dövlətçiliyimizə xidmət edən bütün məsələlərdə yüksək səviyyədə səy göstərir və hər zaman ölkə prezidentinin yanındadır. Mən də özüm bir gənc olaraq, bu proseslərdə son nəfəsimə qədər xalqımızın, dövlətçiliyimizin və sabitçiliyimizin qorunub saxlanılmasında bir vətəndaş kimi əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm. Bir məsələni də qeyd edək ki, dünən Ali Baş Komandanı cənab İlham Əliyev Brüsseldə Azərbaycan xalqının dövlətçiliyinin inkişafı naminə müəyyən görüşlər keçirmişdir. Və biz eşitdik ki, cənab prezident Avropa parlamentinin sədri ilə görüşdən imtina etmişdir. Biz hesab edirik ki, cənab prezidentin bu addımı çox təqdirə layiq məsələdir. Cənab prezident nə etdiyini bilir, ona kənardan müdaxilə etməyə ehtiyac yoxdur. İlham Əliyev ulu öndərimizin layiqli davamçısı kimi xalqının və dövlətçiliyinin güclənməsində əsas dayaq nöqtəsidir. Və hesab edirəm ki, onun Avropa parlamentinin sədri ilə göruşməməsinin səbəbi Avropa parlamentinin Azərbaycana qarşı olan qərəzli mövqeyinin nəticəsi olub. Bu gün Avropa parlamentində elə insanlar var ki, cənab prezident ilə nəinki görüşməyə, heç əlinə su tökməyə belə nə mənəviyyatları çatir, nə də şəxsiyyətləri. Ancaq buna baxmayaraq, oturublar avropada cənab prezidentin Azərbaycanın inkişafına, xalqına göstərdiyi xidmətdən, xarici siyasətinin uğurlarından qıcıqlanaraq Azərbaycana qarşı ağıla gəlməz sözlər yazmışlar. Azərbaycan xalqına, dövlətçiliyinə, cənab prezidentin fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Onlar bunu bacarmazlar. Çünki Avropa parlamenti nə vaxtdan bizə qarşı ədalətli olublar ki, indi də onsunlar. Bu məlum məsələdir. Mən bir gənc olaraq, Avropa parlamentinə - cənab prezidentə, dövlətçiliyinə, ümumiyyətlə Azərbaycana qarşı qərəzli fikirləri olan insanlara üzümü tutub deyirəm ki, - "Elə etməsinlər ki, biz gənclik cənab prezidentə dəstək olaraq onların Azərbaycana gəlmələrinin qarşısını alaq, etiraz sesimizi bildirək". Bu gün Azərbaycan gəncliyi, Azərbaycan xalqı ümumilikdə çox firavan və sabit yaşayır. Cənab prezident layiqincə öz vəzifəsini yerinə yetirir və xalqına xidmət edir. Biz prezidentimizlə qürür duyuruq. Mən bir Azərbaycan vətəndaşı olaraq qeyd edirəm ki, Avropa parlamenti təmsil elədikləri bəzi ölkərin rəhbərlərinə baxsınlar. Nə zaman bizim cənab prezident kimi rəhbərləri olarsa o zaman nədənsə danışa bilərlər. Bu gün dırnaq arası demokratiyadan, ədalətdən danışanlar özləri bir başa ədalətsiz olan insanlardır. Avropa parlamentinə sual vermək lazımdır ki, - “Siz nə istəyirsiniz? Bu qərəziniz nə üçündür?”. Vaxt gələcək siz də bu ədalətsizliklə qarşılaşacaqsınız.. Bəzi satqınlar, mənəviyyatlarını pula satmışlar, Avropa parlamentinin cibində olan dollara gözünü dikmiş insanlar Azərbaycandan gedib ordakılara qoşulub Azərbaycan əleyhinə fikirlər deyirlər və nəinki bu elədiklərindən utanırlar hətta özlərini demokratik hesab edirlər. Qeyd etmək istəyirəm ki, belə proseslər qısqanclıqdan, Azərbaycan xalqına, dövlətinə qarşı qərəzdən yaranır. Və biz bu məsələlərə layiqincə cavabını verəciyik, çünki bizim şərəfli, qədim tariximiz, ləyaqətli, böyük mənəviyyata, adət-ənənələrə sahib xalqımız var. Ən əsası bu şərəfli, ləyaqətli xalqın və çox dünya liderlərinə nümunə ola biləcək bir rəhbərimiz, cənab prezidentimiz-İlham Əliyev var. Yaşasın İLHAM ƏLİYEV! Yaşasın AZƏRBAYCAN! BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|