» » “Hamısının pulu verilir” -

“Hamısının pulu verilir” - Oqtay Əsədov

Bölmə: Siyasət
“Hamısının pulu verilir” -

“Bəzən mətbuatda xəbər gedir ki, sahibkarın oteli söküldü, əmlakının dəyəri ödənilmədi. Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindəki əşyalar çıxarılmadan sökülürsə, kim Azərbaycana sərmayə qoya bilər? Çünki Azərbaycanda media qurumları var ki, onlar bu xəbərləri bir neçə dildə yayır”.

Xalqinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. “Təbii ki, ölkəmizə sərmayə qoyan əcnəbilərdə ölkəmizlə maraqlananda bu xəbərləri əldə edirlər. Əgər mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Əgər yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, əgər doğrudursa, bunu edənlər cəzalandırılmaldır".

Milli Məclis sədri Oqtay Əsədov isə deputata sual verib: “Əmlakı sökülən adamların mətbuatda çıxışı, məhkəməyə müraciət olubmu? Hamısını qəzetlər yazırlar. Sökülən əmlakların hamısının pulu verilir”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler