» » Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verdi

Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verdi

Bölmə: Siyasət
Zakir Həsənov Rusiyanın müdafiə nazirinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasında "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, başsağlığında bildirilir: "Rusiya Federasiyasının müdafiə nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın, hərbçilərin, Aleksandrov adına mahnı və rəqs ansamblının üzvləri və digər mülki şəxslərin faciəvi şəkildə həlak olmaları xəbəri məni dərindən sarsıtdı. Baş vermiş hadisə ilə əlaqədar həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir və Sizinlə birlikdə onların dərdlərinə şərik oluram".



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler