» » Elxan Süleymanov niyə Milli Məclisə gəlmir?

Elxan Süleymanov niyə Milli Məclisə gəlmir?

Bölmə: Siyasət
Elxan Süleymanov niyə Milli Məclisə gəlmir?

Məlum olduğu kimi, 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunub. Elxan Süleymanov nümayəndə heyətinin sədri olduğu müddətdə Milli Məclisin komitə və plenar iclaslarına qatılmayıb. Maraqlısı odur ki, Elxan Süleymanov vəzifəsindən azad olunduqdan sonra da iclaslara gəlmir.

Xalqİnfo” xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrənib.

Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev açıqlamasında bildirib ki, əgər Elxan Süleymanovla bağlı Milli Məclisin sədri İntizam Komissiyasına hansısa tapşırıq versə, bu, mütləq icra olunacaq: “Tapşırıq verilsə, onu İntizam Komissiyasına dəvət edəcəyik”.

Ağacan Əbiyev bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir: “Hansısa deputata intizam cəzasının verilməsi, onunla bağlı ölçü götürülməsini Milli Məclisin sədri tapşırır”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler