» » Asim Mollazadə Strasburqa gedib

Asim Mollazadə Strasburqa gedib

Bölmə: Siyasət
Asim Mollazadə Strasburqa gedib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib.

Xalqİnfo.az xəbər verir ki, partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.

Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meylləri müzakirə olunacaq.

Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler