» » Poroşenko Saakaşvilinin istefasını qəbul edəcək

Poroşenko Saakaşvilinin istefasını qəbul edəcək

Bölmə: Siyasət
Poroşenko Saakaşvilinin istefasını qəbul edəcək

Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru postundan istefası barədə sərəncamı sənəd hökumətə təqdim olunduqdan sonra imzalamağa hazırdır.

Xalqİnfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyasının rəsmi Tvitter səhifəsində məlumat yerləşdirilib.

“Əgər Saakaşvili ərizəsini Nazirlər Kabinetinə təqdim etsə, Ukrayna prezidenti onun istefasını qəbul edəcək”, - mətndə qeyd olunub.

Administrasiyadan həmçinin bildirilib ki, M. Saakaşvilinin istefa verməsinin bütün səbəbləri araşdırılacaq.

Xatırladaq ki, postundan imtina edən Saakaşvili Ukrayna prezidentinin ünvanına sərt ittihamlar səsləndirib. O, Petro Poroşenkonu regionda cinayətkar “klan”ları himayə etməkdə günahlandırıb: “Poroşenko ya Yanukoviç? Xalq üçün nə fərqi var ki, onları kim talan edəcək? Prezident Poroşenko deyirdi ki, ona Yatsenyuk (eks-baş nazir-red.) mane olurdu. Biz “Təmizlik naminə” hərəkatını yaratdıq və Yaçenyukdan xilas olmaq üçün ona yardım etdik. Lakin prezident özü şəxsən Odessa vilayətində iki korrupsioner və kriminal klanı dəstəkləyir”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler