» » Putin Minsk razılaşmalarına sadiq qaldıqlarını bildirib

Putin Minsk razılaşmalarına sadiq qaldıqlarını bildirib

Bölmə: Siyasət
Putin Minsk razılaşmalarına sadiq qaldıqlarını bildirib
“Normand dördlüyü” liderləri Minsk razılaşmalarına sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Xalqİnfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Görüşdə həmçinin ATƏT-in Ukraynadakı missiyasını genişləndirilməsinə dair razılığa gəlinib”, deyə V.Putin vurğulayıb.

Görüşdə bir sıra humanitar xarakterli məsələlərə də aydınlıq gətirilib.

“Təəssüf ki, bu sahədə irəliləyiş çox cuzidir”, -deyə Rusiya dövlətinin başçısı Berlin sammitinin yekunları ilə bağlı hava limanında açıqlamasında jurnalistlərə bildirib.

Xatırladaq ki, Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında 5 saata qədər davam edən danışıqlar “bağlı qapılar” arxasında keçirilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler