» » “... O məntəqələrdə seçki nəticələri ləğv ediləcək” - MSK sədri

“... O məntəqələrdə seçki nəticələri ləğv ediləcək” - MSK sədri

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“... O məntəqələrdə seçki nəticələri ləğv ediləcək” - MSK sədri
“Beynəlxalq təşkilatların müşahidəçiləri referendumda seçici fəallığının yüksək olduğunu xüsusi vurğulayıblar”.

"Xalqİnfo" "Qafqazinfo"-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb:

“Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Azərbaycan müşahidəçiləri geniş müşahidə missiyası həyata keçirib. 2 gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Onda sonra protokollara əsasən ilkin nəticələri səhifəyə yerləşdirəcəyik. Müraciətlərə baxacağıq, ən geci 25 gün ərzində prosesə yekun vuracaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.

M. Pənahov sosial şəbəkələrdə məntəqələrdə topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib:

“O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, o məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler