» » Əliyev Avropa İttifaqını niyə tənqid etdi? – Millət vəkilindən Açıqlama

Əliyev Avropa İttifaqını niyə tənqid etdi? – Millət vəkilindən Açıqlama

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Əliyev Avropa İttifaqını niyə tənqid etdi? – Millət vəkilindən Açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün ölkə başçısı İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə qurumun Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı sərt fikirlər səsləndirib. “XalqInfo” keçirilən görüşdə səsləndirilən fikirlər və bundan sonra Avropa İttifaqı ilə münasibətlərin hansı səviyyədə inkişaf edəcəyi ilə bağlı millət vəkili Elman Nəsirovdan münasibət öyrənib.

Millət vəkili Elman Nəsirov Azərbaycan prezidenti Cənab İlham Əliyevin Avropa parlamentinin nümayəndə heyəti ilə görüşün bu gün yerli və xarici mətbuatın diqqət mərkəzində olan hadisəyə çevrildiyini nəzərə çatdırıb: “Məsələ ondadır ki, Avropa parlamenti təmsilçilərinin Bakıya səfəri ilk baxışdan təəccüb doğurdu. O səbəbdən ki, düz bir il öncə münasibətlərin korlanmasına səbəb olan da, məhz elə Avropa parlamentinin özü olmuşdur.
Bəs onda nə baş verdi ki, onlar böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəldilər və Azərbaycan prezidenti ilə, parlamentin spikeri ilə görüşlər keçirdilər? Hesab edirəm ki, hər bir baş vermiş hadisələrin səbəbi olduğu kimi, bu hadisə də səbəbsiz deyil. Bunun yeganə səbəbi ondan ibarətdir ki, Avropa parlamentləri artıq öz gözləri ilə gördülər və hətta onların bununla bağlı azərbaycanda keçirilən parlament seçkilərinə müşahidə etmək üçün nümayəndə göndərməsələr də, lakin digər beynəlxalq təşkilatlar- AŞBA, MDB parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər bu kimi beynəlxalq təşkilatlar həmin seçkiləri izlədilər, müşahidə etdilər və özlərinin yüksək mövqesini ifadə etdilər. Necə deyerlər, xalq dili ilə desək pislik özlərinə qaldı. Bundan sonra Avropa parlamenti hər dəfə Azərbaycanın Insan hüquqlarının guya ki, pozulması ilə bağlı hesabatlar hazırlayır, Avropa parlamentarilər hədiyanlar yaymağa başlayırlar. İşğalçı Ermənistan dövlətində prezident səviyyəsində öz xalqı güllə baran edilir və parlament seçkiləri zamanı orada namizədlərdən birinə fiziki baxımdan aradan götürülməsi az qala həyata keçirilir. Mitinq də, bütün insan hüquqları polis tərəfindən kobud şəkildə tapdanmaqla reallaşdırılır. Lakin ona göz yumurlar, onu görmürlər. Azərbaycanda isə hər bir prosesi necə deyerlər əllərində lupa, sanki izləmək istəyirlər”.

Bütün bunlar Azərbaycan cəmiyyətini, Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdi və təbii ki, ictimaiyyətimizdə Avropa parlamentinin obyektivliyinə bir şüphə yarandı. Onların davranışlarında subyektivliyin əsas xətt olduğu bir daha aşkar oldu.

Millət vəkili bildirirdi ki, “Avropa parlamentində o sağlam başları düşündülər, fikirləşdilər və qənaətləri belə oldu ki, Avropa İttifaqının təxminən 10-na yaxın ölkəsi ilə “Strateji Tərəfdaşlıq” imzalayan, regionun lider dövləti olan çox ciddi hədəflər seçən beynəlxalq sülh və təhlükəsizliyə çox böyük töhvələr verən və eyni zamanda Avropanın Enerji Təhlükəsizliyinin təminatında yaxın zamanlarda daha böyük rol oynayacaq bir dövlətlə Azərbaycanla, münasibətləri heç bir halda korlamağa dəyməz”.

Onun sözlərinə görə, Avropa parlamentinin 750-dən artıq deputatının böyük bir qismi artıq bu həqiqətin fərqindədir. Onlar bakıya gəldilər və azərbaycan prezidenti ilə görüş keçirməyi qərara aldılar. Deməli jest ondan ibarətdir ki, hardasa özlərinin səhvini etiraf edir və Azərbaycanla münasibətlərini bərpa etmək istəyirlər. Azərbaycan prezidenti də yaranmış imkandan istifadə etdi və qarşı tərərfə onların bütün səhvlərini, qüsurlarını, qeyri obyektiv yanaşmalarını, subyektiv yanaşmalarını izah etdi.

Cənab prezident göstərdi ki, ” Siz bir çox hallarda Azərbaycanı sevməyən qüvvələrin təxribatçı informasiyalarını istifadə edirsiniz. Guya Azərbaycanda "İnsan haqları”nın kobud şəkildə pozulması, Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı”nın olmaması, “Mətbuat və Söz azadlığı”nın boğulması və s. Kimi israrlar yağdırırsınız, həqiqəti təhrik edirsiniz”. Cənab prezident bir-bir onları izah etdi ki, əslində bunların hamısı yalnışdı, qərəzli mövqelərdi.

Azərbaycan demokratik inkişaf yolun seçib, bu yola sadiqdir. Bizdə “Azad İnternet” var, “Azad Mətbuat” var və insanlar istənilən yerdə toplaşır, öz fikirlərini ifadə etmə hüququna malikdirlər. O başqa problemdir ki, əgər onların toplaşmaq üçün sosial bazaları yoxdur. İnsanlar həmin qüvvələrin mitinqlərinə getmirlərsə, bu başqa. Yəni bunun heç bir halda Azad toplaşmaq hüququna aidiyatı yoxdur”.

Cənab prezidentin onlara qarşı ünvanladığı bütün bunlar çox ciddi mesajlar idi. Hesab edirəm ki, ümumi ortaq məxrəc ondan ibarətdir ki, səbəblər ikitərəfli münasibətlərin korlanmağına gətirib çıxarır. Səbəbləri, motivləri araşdırmaq lazımdır və onları aradan qaldırmaq lazımdır.

Millət vəkili “Xalqİnfo.az”-a açıqlamasında bildirdi ki, Azərbaycanla bərabər, hüquqlu, qarşılıqlı, faydalı əməkdaşlıq münasibətləri qurarlarsa, onlar ilk növbədə özləri qazanmış olar. Azərbaycanın xətti budur və kim bu xətti bizimlə paylaşırsa, biz həmin tərəfi özümüzün tərəfdaşımız hesab edirik. Bu baxımdan çox mühüm, çox əhəmiyyətli bir görüş idi.




Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler