» » 15 iyul hadisələrindəı həlak olanların adı əbədiləşdiriləcək

15 iyul hadisələrindəı həlak olanların adı əbədiləşdiriləcək

Bölmə: Siyasət, Dünya, MANŞET
15 iyul hadisələrindəı həlak olanların adı əbədiləşdiriləcəkAnkarada Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların anım mərasimi keçirilib.

Xalqinfo.az AZƏRTAC-a istinarən xəbər verir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman çıxış ediblər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, 15 iyul gecəsi 170-i mülki, 62-si polis və 5-i də əsgər olmaqla 237 şəhid verdik. Bu gün 2191 yaralımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına, millətimizə başsağlığı verirəm. 237 şəhidimizin hər birinin adını əbədiləşdirəcəyik.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, ölkəmiz haqqında aparılan mənfi rəylərin hamısı 15 iyulda qüvvəsini itirdi. O gecə baş verən, kameralara, obyektivlərə əks olunan mənzərələrin hər biri, Türkiyənin iqtisadi, siyasi, sosial, terror yolu ilə diz çökməsini gözləyənlərin başına bir ağır çəkic kimi enib.
Anım mərasimində 15 iyul hadisələri zamanı şəhid olanların yaxınları iştirak ediblər.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler