» » İlk dəqiqələrdən Türkiyənin yanındaydıq – Paşayeva

İlk dəqiqələrdən Türkiyənin yanındaydıq – Paşayeva

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlk dəqiqələrdən Türkiyənin yanındaydıq – PaşayevaTürkiyədəki hərbi çevriliş cəhdini, yaşanan dəhşətli hadisələri kəskin pisləyirik və hər zaman qardaş Türkiyənin yanındayıq.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Şimali Kiprdə keçirdiyi görüşlər zamanı deyib.

Millət vəkili tədbirlərdə iştirak etmək üçün bu gün Lefkoşaya gedib və Türkiyənin bir sıra vilayətlərində şəhid ailələri və qazilər cəmiyyətinin rəhbərləri ilə görüşüb.

“Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin şəhididir. Azərbaycan, Prezident İlham Əliyev və xalqımız hərbi çevriliş cəhdi ilə bağlı məlumatların yayıldığı ilk dəqiqələrdən Türkiyənin yanındadır. Türkiyəni zəiflətməyə yönələn hər bir addım Azərbaycana qarşı da yönəlib və biz çeviliş cəhdlərinə, terrora qarşı mübarizədə qardaşımızın yanındayıq. Azərbaycan və Türkiyə hər zaman birlikdə güclü olacaq. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı nəticəsində 20 mindən artıq şəhid vermişik. İşğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndiririk. Prezident İlham Əliyevin Türkiyəyə son səfəri, orada verdiyi açıqlamalar əsil qardaşlığın necə olduğunu hər kəsə göstərdi, dosta, düşmənə da çox önəmli mesaj oldu”, - Q.Paşayeva deyib.

Millət vəkili, eyni zamanda, Şimali Kiprin Baş naziri Hüseyn Özgürgün və spiker Sibel Siberlə də görüşüb.




Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler