» » K.Kosaçov: İstanbuldakı terror aktı Türkiyənin Rusiya ilə münasibətlərinə qarşı yönəlib

K.Kosaçov: İstanbuldakı terror aktı Türkiyənin Rusiya ilə münasibətlərinə qarşı yönəlib

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR
K.Kosaçov: İstanbuldakı terror aktı Türkiyənin Rusiya ilə münasibətlərinə qarşı yönəlibRusiya Federal Məclisi Federasiya Şurasının beynəlxalq işlər komitəsinin rəhbəri Konstantin Kosaçovun sözlərinə görə, İstanbulun Atatürk hava limanında baş verən terror aktı Türkiyə hökumətinin Rusiya və İsrail ilə münasibətləri normallaşdırmaq cəhdlərinə qarşı yönəlib.

Xalqinfo.az AZƏRTAC-ın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata əsasən xəbər verir ki, Konstantin Kosaçov Türkiyə hökumətinin terror aktını İŞİD yaraqlılarının törətdiyi barədə ehtimallarını daha inandırıcı sayır.

Senator, həmçinin terror aktının Türkiyə və Rusiya liderlərinin danışıqlarına təsir etməyəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun beynəlxalq Atatürk hava limanının giriş və çıxışında, habelə avtomobil dayanacağında törədilən üç partlayış nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.







Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler