» » Serj çıxılmaz dalanda: Qarabağ məsələsində situasiya dəyişir

Serj çıxılmaz dalanda: Qarabağ məsələsində situasiya dəyişir

Bölmə: Siyasət, MANŞET
Serj çıxılmaz dalanda: Qarabağ məsələsində situasiya dəyişirAprel müharibəsindən sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anladı. Danışıqlar prosesi intensivləşməsi, ATƏT-in Minsk qrupunun 20 illik passiv fəaliyyətdən aktiv mərhələyə keçməsi də Azərbaycan Ordusunun regionda situasiyanı dəyişməsinin nəticəsi idi. Artıq münaqişə ilə bağlı yeni vəziyyət yaranıb və Azərbaycanın əli bu dəfə xeyli güclüdür.

Mayın 16-da Vyanada keçirilən görüş 24 ildən sonra yaranmış yeni situasiyada baş tutdu. Bu görüşün davamı olaraq, prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü də münaqişənin həlli istiqamətində irəliləyiş hesab oluna bilər. Rəsmi məlumata görə, bu görüş konstruktiv şəraitdə keçirilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün nəticələrini müsbət qiymətləndirir.

“İnanırıq ki, bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, - deyə nazir diqqətə çatdırıb.

Rusiyanın təşəbbüsü ilə təşkil edilən Sankt-Peterburq görüşü göstərdi ki, Ermənistanın artıq danışıqlardan qaçmaq şansı yoxdur.

Xalqinfo.az bildirir ki , Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də Publika.az-a açıqlamasında Ermənistanın dalan dirəndiyini deyib.

Onun sözlərinə görə, prosesi Rusiya öz üzərinə götürüb: “Bu o deməkdir ki, Ermənistan Rusiyanın apardığı prosesdən yayına bilməyəcək. Sankt-Peterburqda əldə olunan razılığa görə, prezidentlərin növbəti görüşlərində də Rusiya prezidenti iştirak edəcək. Bu razılıq Ermənistanın danışıqlarda əldə edilən nəticələrdən imtina edə bilməməsi deməkdir”.

A. Mirzəzadə bildirib ki, Azərbaycan görüşdən əvvəl Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılması məsələsini əsas prinsip olduğunu bildirdi: “Görüşdən sonra Azərbaycanın xarici işlər nazirinin görüşün uğurlu keçməsi ilə bağlı bəyanatı onu göstərir ki, ölkəmizin əsas tələbi yenə də gündəmdədir və danışıqlar bundan kənara çıxa bilməz”.

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış bu vəziyyətdə Azərbaycan Prezidentinin siyasi iradəsi də özünü göstərir. Məhz bu siyasət nəticəsində münaqişə ilə bağlı yeni reallıq yaranıb və bu, reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur.

A. Mirzəzadə qeyd edib ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağla bağlı yeni mərhələ başladı.

“Artıq Ermənistan bütün sahələrdə, o cümlədən də ordumuzun güclü olduğunu bəyan edir. Düşmən ölkə Moskvaya və digər paytaxtlara daha aciz vəziyyətə düşməmək üçün yalvarmağa başlayıb. Ölkəmizin ərazi bütövlüyü məsələsi artıq bütün dünya tərəfindən ciddi şəkildə qəbul edilir. Bu prosesdə Prezident İlham Əliyevin siyasi iradəsi və manevrləri aydın görünür. Məhz bu manevrlər nəticəsində 20 ildən artıq müddətdə dondurulmuş münaqişə yerindən tərpəndi, Azərbaycanın ərazi bütövlüyü məsələsi dünyanın gündəmində gəldi”, - deyə o bildirib.

Ümumilikdə, Sankt-Peterburq görüşü danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inam yaradır. Bütün hallarda isə dəyişməyən reallıq da var. Belə ki, Ermənistan artıq anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesinin uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət də bu mövqeni qəbul etməyəcək. Beləliklə, onun konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.






Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler