» » “Qohumuna “köpək oğlu” deyirsə, bəs özü nə olur?” -Zahid Oruc icra başçısına

“Qohumuna “köpək oğlu” deyirsə, bəs özü nə olur?” -Zahid Oruc icra başçısına

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Qohumuna “köpək oğlu” deyirsə, bəs özü nə olur?” -Zahid Oruc icra başçısına
Son günün ən çox müzakirə edilən mövzularından biri Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin vətəndaşa “köpək oğlu” deməsi ətrafında yaranmış qalmaqaldır.

İcra başçısı bu məsələyə aydınlıq gətirərək deyib ki, söydüyü vətəndaş öz qohumudur.

“Xalqinfo” xəbər verir ki, bu məsələyə millət vəkili Zahid Oruc ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib:

“Baş verən aksiyalarda istər hansısa partiyanın nümayəndələri, istərsə də bir zamanlar icra başçısı tərəfindən vəzifədən çıxarılan şəxslər yaranan şəraitdən, sosial durumdan faydalanıb revanş götürmək istəyirsə, sənə qarşı qisasçılıq belə varsa, yenə də, ünsiyyət “köpək oğlu” şəklində ola bilməz. Orta əsrin feodal yanaşması deyil ki, sən qarşındakı şəxsi təhqir edirsən. Baş verənlərdən sonra insanlarımızın səsi məmurlara çatdı, hökumət bu məsələni dəyərləndirdi, qarşıdakı dönəmdə də bundan nəticə çıxaracaq. Baş verən aksiyalarda siyasi məsələlər yox, sosial-iqtisadi məsələlər qaldırılmışdı.

Ona görə də, məmurlar oraya yığışan insanları iclas zallarına yığıb onlarla görüşməli, danışmalı idilər. Qohumumdur deyib, təhqir edib, hələ bununla da ölkə ictimaiyyətinə demək ki, “burada hansı qəbahət var?”... Bilirsiniz, adam fərqində deyil ki, öz qohumuna “köpək oğlu” deyirsə, bəs özü nə olur?".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler