» » Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?

Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
Azərbaycanın kəşfiyyat tarixi necə dəyişdi?
Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Xalqinfo” xəbər verir ki, transparency.az Azərbaycanın təhlükəsizlik orqanının tarixi ərzində neçə ad dəyişikliyi olduğuna nəzər salıb. 1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.

1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib:

Dövlət Siyasi İdarəsi
Birləşmiş Dövlət Siyasi İdarəsi
Xalq Daxili İşlər Komissarlığı
Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı
Dövlət Təhlükəsizlik Nazirliyi
Daxili İşlər Nazirliyi.

SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.
2015-ci il dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda verilən qərar faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi adında xüsusi xidmət orqanının tarixə qovuşması deməkdir.

Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri:

Məmmədbağır Şeyxzamanlı: 1919
Nağı Şeyxzamanlı: 1919-1920
Semyon Pankratov: 1920
Baba Əliyev: 1920
Eyyub Xanbudaqov: 1920-1921
Mircəfər Bağırov: 1921-1927
Novruz Rizayev: 1927-1929
Mircəfər Bağırov: 1929-1930
Mixail Frinovski: 1930-1933
Aleksey Aqrba: 1933-1934
Yuvelian Sumbatov (Topuridze): 1934-1938
Mixail (Yakov) Rayev-Kaminski: 1938
Stepan Yemelyanov: 1939-1953
Anatoli Quskov: 1953-1956
Fyodor Kopılov: 1956-1959
Aleksandr Kardaşov: 1959-1963
Semyon Sviqun: 1963-1967
Heydər Əliyev: 1967-1969
Vitali Krasilnikov: 1969-1980
Ziya Yusifzadə: 1980-1988
Ivan Qorelovski: 1988-1989
Vaqif Hüseynov: 1989-1991
Ilhüseyn Hüseynov: 1991-1992
Fəxrəddin Təhməzov: 1992-1993
Nəriman Imranov: 1993-1994
Namiq Abbasov: 1994-2004
Eldar Mahmudov: 2004-2015.

2015-ci il dekabrın 14-də Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler