» » Ləğv edilən MTN əməkdaşlarının aqibəti necə olacaq?

Ləğv edilən MTN əməkdaşlarının aqibəti necə olacaq?

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Ləğv edilən MTN əməkdaşlarının aqibəti necə olacaq?

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə MTN əməkdaşlarının gələcək fəaliyyəti barədə məsələ diqqət mərkəzinə düşüb.

“Xalqinfo
” Trend-ə istinadən xəbər verir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev məsələyə aydınlıq gətirib.

A.Nağıyev bildirib ki, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır:

“Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə MTN əməkdaşlarının sərəncama göndərilməsi prosesinə başlanılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler