Prezident Milli Məclisin iclasında iştirak edir - YENİLƏNİBDeputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər. -------- 14:00 Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verdi. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Milli Məclisin sədri Oqtay Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirdi. ------- 13:25 Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürüldü. Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirdi. Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verdi. Hazırda Milli Məclisin sədri vəzifəsinə gizli səsvermə keçirilir. X X X 13:10 İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər. --------- 13:04 Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə verdi. Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söylədi. --------- 12:37 Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, iclasa sədrlik edən Fəttah Heydərov dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir. Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu. -------- 12:28 Xalqinfi.az AZƏRTAC-a istinadən bildirir ki, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açdı. O dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. --------- 12:11 Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Xalqinfo.ax AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|