» » Poroşenko dünyanı Rusiyaya qarşı

Poroşenko dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

Bölmə: Siyasət, Dünya
Poroşenko dünyanı Rusiyaya qarşı Ukrayna prezident Pyotr Poroşenko dünya ictimaiyyətini Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb.

Xalqınfo.az bildirir ki , Publika.az “censor.net.ua” saytına istinadən xəbər verir ki, dövlət başçısı çağırışı İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə bağlı Ukrayna xalqına etdiyi müraciətində səsləndirib.

Poroşenko qeyd edib ki, İkinci Dünya müharibəsinin faciələrindən nəticə çıxarılmalı və təcavüzkar birgə səylərlə dayandırılmalıdır.

“Müharibə və sülh məsələləri bu gün yenidən dünyanın gündəliyində birinci yerdədir. Rusiya Federasiyası beynəlxalq hüququ həyasızcasına tapdalayıb, Krımı zəbt edib və Donbas hövzəsində silahlı konflikt yaradıb. Rusiya bu gün Avropa və dünya təhlükəsizlik sistemini yenidən dağıdır”, - Ukrayna prezidenti söyləyib.


Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler