» » İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XALQİNFO.AZ Milli.Az-a və AZƏRTAC-a istinadən bildirir ki, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler