Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmədiBölmə: Siyasət
![]() Xəbər verdiyimiz kimi, iyunun 1-də Avropa Parlamentindəki “Yaşıllar qrupu” iyunun 10-da Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində “İdman, insan haqları və Bakı oyunları” mövzusunda dinləmələr keçirilməsinə dair təklif irəli sürmüşdü. Bu dinləmələrin ideya müəllifləri Avropa Parlamemtinin sədri Martin Şults (keçmiş alkoqolik) və Avropa lesbiyanlarının lideri Ulrike Lunarçek idi. Ancaq “yaşıllar”ın nümayəndələri, habelə Birləşmiş sollar (GUE) qrupu və ALDE (Avropa naminə liberallar və demokratlar Alyansı) təklif ediblər ki, təkcə dinləmələrlə kifayətlənmək olmaz, həm də Azərbaycana dair xüsusi qətnamə çıxarmaq lazımdır. Avropa Parlamentinin Prezident Komitəsində müzakirələr zamanı bu təklif qəbul edilməyib. Virtualaz.org saytı xəbər verir ki, iyunun 8-də “Yaşıllar qrupu” yenidən Azərbaycana dair qətnamənin qəbuluna dair təşəbbüs irəli sürüblər və bu məsələyə dair səsvermədə israr ediblər. Müzakirələr zamanı Ulrike Lunarçek və birləşmiş solların nümayəndəsi Mari-Kristian Verjia Azərbaycana qarşı ittihamlarla çıxış ediblər, Leyla Yunusun azadlığa buraxılmasına çağırıblar. Onlar bildiriblər ki, qətnamə qəbulu olmadan şifahi dinləmələrin keçirilməsinin mənası yoxdur. Lakin Avropa Parlamentindəki antiazərbaycan qruplaşması iflasa uğrayıb. Səsvermə zamanı səslər tən yarı bölünüb, 136 parlamentar qətnamənin qəbulunun lehinə, 136-ə əleyhinə səs verib. Reqlamentə uyğun olaraq səslər yarıya bölündüyündən heç bir təklif keçməyib. Beləliklə, Azərbaycana qarşı daha bir qaralama kampaniyası uğursuz alınıb. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|