ABŞ və Fransa səfirlikləri Leyla Yunusla bağlı açıqlama verdi (VİDEO)Bölmə: Siyasət
![]() Bu gün ABŞ və Fransa səfirlikləri məlum hadisə ilə bağlı açıqlama veriblər. ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Heydər Əliyev Hava Limanında Leyla Yunusun öz xahişilə orda olduğunu açıqladı. Fransanın Azərbaycandakı səfirliyi isə Yunusovlara iki saatın içində 5 illik viza verməsini təsdiqləyərək, Fransız diplomatlarının Leyla və Arif Yunusu xaricə yola salmaq üçün Aeroporta getdiyini etiraf elədi. Leyla Yunus isə ANS TV-nin müxbiri Ləman Ələşrəfqızının verdiyi "Sizin yanınızda niyə səfirlər var idı?" sualına "Siz olmalıydınız? Səfirlə niyə olmalıdır? Çünki mən belə istədim, səfirlər olsun" cavabını verib. Çox maraqlıdır, Azərbaycanda səfirləri idarə edənlər də var imiş. |
|