Sorosun Poroşenko ilə elektron yazışmaları ələ keçdi- korrupsiyaya qarşı mübarizə görüntüsü yaratsınAmerikalı milyarder, məşhur birja maxinatoru və “rəngli inqilablar”ın sponsoru Corc Sorosun Ukrayna prezidenti ilə elektron yazışmaları hakerlər tərəfindən ələ keçirilib. Virtualaz.org saytı xəbər verir ki, Rusiya kəşfiyyatına bağlı olduğu ehtimal edilən “KiberBerkut” haker qrupu Corc Sorosla Poroşenkonun elektron yazışmalarını öz saytında yaymağa başlayıb. Məktublardan seçmələrə əsasən Soros ABŞ-ın Ukraynaya letal silahlar verməsini və Ukrayna hərbçilərinə xaricdə, məslən, Rumıniyada təlim keçilməsini təklif edir. Milyarder həmçinin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, amerikalı general Uesli Klarkın, habelə polşalı general Valdemer Skşipaçın dəvət edilməsinə çağırır. Növbəti məktubunda Soros Poroşenkoya təklif edir ki, Ukraynada korrupsiyaya qarşı mübarizə görüntüsü yaratsın, ölkədə maliyyə stabilliyinin mövcud olduğuna inandırsın. Əslində isə Soros Ukraynanın maliyyə vəziyyətinin acınacaqlı olduğunu bildirir. Hakerlər yazışmaların yeni detallarını yayacaqlarını bildirir. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|