» » Qarabağ problemi Kremildə müzakirə edildi

Qarabağ problemi Kremildə müzakirə edildi

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Qarabağ problemi  Kremildə müzakirə edildiRusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvada keçirdikləri danışıqlardan sonra mətbuat konfransı keçiriblər.

Xalqinfo.az-ın məlumatına görə, S.Lavrov deyib ki, Rusiyanın və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir.

O bildirib ki, iki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb: "Bu ildə də müsbət dinamika müşahidə edilir. Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq gedir."

Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Biz görüşümüzdə Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını da müzakirə etmişik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler