» » Tehran Bakının layihəsinə

Tehran Bakının layihəsinə qoşulur

Bölmə: Siyasət, İqtisadiyyat
Tehran Bakının layihəsinə İranın neft şirkətləri Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft və qaz layihələrində iştirak etməyə hazırdır.

Xalqinfo.az-ın məlumatına görə, bunu İranın neft naziri Bijən Namidar Zəncani 20-ci neft-qaz sərgisində deyib.

O bildirib ki, regionumuz neft və qazla zəngindir və birgə əməkdaşlıq neft hasilatını artırmaqla yanaşı, onun nəqlini də asanlaşdırar: "İran neft sahəsində Azərbaycanla yanaşı, İraq və Türkmənistanla da əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq İrana neft hasilatı üçün texnologiyanın yenilənməsinə yardım edə bilər."

Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılan kimi rəsmi Tehran regionda reallaşdırılan beynəlxalq enerji layihələrində iştirak edəcək.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler