» » Tofiq Yaqublu günortadan sonra azadlığa buraxılacaq

Tofiq Yaqublu günortadan sonra azadlığa buraxılacaq

Bölmə: Siyasət
Tofiq Yaqublu günortadan sonra azadlığa buraxılacaqMüsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu günün ikinci yarısı azadlığa buraxılacaq. lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərin görə, o, bu gün səhər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb və ona bildiriblər ki, T.Yaqublunun yeddi günlüyə azadlığa buraxılması iş gününün ikinci yarısında baş tutacaq. Buna səbəb zəruri sənədləşdirmə işləridir.

Xatırladaq ki, dünən siyasi məhbusun Rusiyanın Tomsk şəhərində yaşayan və ağır xəstəlikdən əziyyət çəkən qızı Nərgiz Yaqublu müalicə olunduğu xəstəxanada vəfat edib. Bu gün mərhumun cənazəsi Bakıya gətirələcək və qanunvericiliyə əsasən, Tofiq Yaqublunun qızının dəfnində və hüzr məclisində iştirak etmək haqqı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler